Mingəçevirdə sahibsiz itlər öldürülür? - Rəsmi açıqlama - VİDEO

“Mingəçevirdə sahibsiz itlər küçələrdən toplanaraq işgəncə verilir və öldürülür”.
Avtosfer.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya rayon sakinləri müraciət ediblər.
Vətəndaşların sözlərinə görə, şəhərin mərkəzində, Kürün sağ tərəfindəki Sahil parkı deyilən ərazidə sahibsiz heyvanlar kisələrə yığılaraq kommunal təsərrüfatı üçün nəzərdə tutulmuş avtomobilə qoyulur.
Həmin prosesi lentə alan sakinlər heyvanların avtomobildə yandırıldığını iddia ediblər. Onlar daha əvvəl də sözügedən ərazidən it cəsədlərinin tapıldığını söyləyiblər.
Məsələ ilə bağlı Mingəçevir Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, küçə itlərinin öldürülməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil: “Sakinlər dəfələrlə həmin ərazidə sahibsiz itlərin onlara hücum etməsi, bu səbəbdən onların ərazidən yığışdırılması ilə bağlı müraciət ediblər. Məsələn, bu yaxında 70 yaşlı bir qadının dabanını it parçalamışdı. Həmin park ərazisi isə iki məktəbin arasında yerləşir və sakinlərin, xüsusən uşaqların çox olduğu yerdir. Biz həmin itləri ərazidən toplayıb icra hakimiyyətinin vəsaiti hesabına tikilmiş müvəqqəti sığınacağa aparırıq. Kim istəsə, gəlib həmin sığınacağa baxa bilər. Hazırda itlər o sığınacaqda müvəqqəti saxlanılır. Yevlaxda Qaraoğlan deyilən ərazidə bu itlərin saxlanması üçün daimi regional sığınacaq inşa olunur. Onun tikintisi başa çatandan sonra həmin heyvanlar o sığınacağa aparılacaq.
İtlərin güllələnməsi, öldürülməsi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil və o boyda vəhşilik edilə bilməz”.
Gülnar Əliyeva
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












