Möcüzə vəd edilən biznes layihəsi vətəndaşı məəttəl qoydu - 128 minlik dələduzluq

"Alisiya möcüzələr diyarında" adlı proyekti quracağı ilə bağlı vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Seymur Seyaginin barəsindəki cinayət işi üzrə məhkəmə davam etdirilib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda tərəflər arasında barışıq əldə edildiyi məlum olub. Bu barədə məhkəmə tərkibinə ərizə təqdim edilib. Zərərçəkmiş Etimad Mehdiyev bildirib ki, təqsirləndirilən şəxs bütün dəymiş ziyanı ödəyib və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Daha sonra sübutların tədqiqinə başlanılıb və məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib. Bu səbəbdən məhkəmə iyunun 12-dək təxirə salınıb. Seymur Seyagi bildirib ki, özünü təqsirli bilir və əməlindən peşmandır.
Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ümumi dəymiş ziyan isə 128 min manatdır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












