Moskvadan qalxan sərnişinlə dolu təyyarənin mühərriki alovlandı - VİDEO

Rusiyada təyyarənin mühərriki qalxış zamanı alovlanıb. Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, bu barədə məlumat və görüntüləri “Baza” Telegram kanalı yayıb.
Bildirilib ki, Moskvanın Vnukovo hava limanından qalxış zamanı təyyarənin mühərriki alovlanıb.
Moskva-Pattaya reysi ilə uçan sərnişinlər əvvəllər mühərrikdəki nasazlıq səbəbindən uçuşlarını iki gün gözləmişdilər. “Bu, AZUR Air şirkətinin ZF 2801 reysi ilə bağlıdır. Təyyarənin 28 fevralda yola düşməsi planlaşdırılırdı, lakin uçuş ləğv edildi”.
Sərnişinlərin sözlərinə görə, gecikməyə təyyarənin nasazlığı səbəb olub:
“Texniklər lazımi hissəni almaq üçün başqa bir təyyarəni gözləyirdilər. Sərnişinlərə yemək və su verilib və daha sonra otellərdə yerləşdirilmişdilər”.
Məlumata görə, “AZUR Air” təyyarənin hazırlıqlarının başa çatdığını bildiribmiş, lakin 2 mart axşamı, qalxışdan dərhal sonra mühərrik alovlanıb. Buna baxmayaraq təyyarə yenə də Pattayaya çatıb və təhlükəsiz yerə enib.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












