Muaytay Federasiyası ilə bağlı qərar verildi

Azərbaycan Muaytay Federasiyasının 1 may 2026-cı il tarixində keçirilmiş Konfransının qərarının ləğvi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Avtosfer.az “Unikal”a istinadən xəbər verir ki, Araz Musayev tərəfindən əvvəlcə Yasamal Rayon Məhkəməsində, daha sonra isə Apellyasiya Məhkəməsində qaldırılan iddialar təmin edilməyərək, rədd edilib.
Məsələ ilə bağlı Azərbaycan Ali Məhkəməsinə təqdim olunan kassasiya şikayətinə də baxılıb və rədd edilib. Bununla da, sözügedən Konfransın və həmin tarixdə keçirilmiş seçkilərin qanuni olduğu son məhkəmə instansiyası tərəfindən də təsdiqlənib.
Qərardan sonra Azər Həsənsoy və onun komandası rəsmən tanınıb.
Məsələ ilə bağlı açıqlama verən Araz Musayev bildirib ki, Azər Həsənsoyla bağlı məsələlər qanunvericilik çərçivəsində müzakirə olunur: “Azər Həsənsoyun keçirdiyi iclas sayt üzərindən keçirilib və bununla bağlı videomaterialları da təqdim edə bilərəm.
İclas zamanı yetərsayın olmadığı, tədbirin onlayn formatda və çayxanada keçirildiyi və iştirak edən şəxslərin böyük əksəriyyətinin Muaytay Federasiyasına aid olmadığı aydın görünür. Belə ki, iclasda iştirak edənlərdən cəmi 7 nəfər federasiya ilə əlaqəli olub. Onların da hansı əsaslarla iştirak etdiyi sual doğurur. Bu şəxslərin bəziləri yalnız müəyyən vəzifələrlə bağlı dəvət olunublar.
Yetərsayın olmamasına baxmayaraq, iclasın keçirilməsi və qərarların qəbul edilməsi ciddi şübhələr yaradır. Bu prosesin kimlər tərəfindən yönləndirildiyi də araşdırılmalıdır.
Bundan əlavə, məhkəmə prosesi zamanı mənim xəstəxanada olduğum bir dövrdə qərar qəbul edilib. Daha sonra isə Azər Həsənsoy Türkiyədə müalicə aldığı müddətdə iclasın nəticələri onun xeyrinə rəsmiləşdirilib və bu proses bu gün də davam edir”.
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO












