Naftalanda yaşayış binasında YANĞIN - YENİLƏNİB

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə mayın 20-də saat 5:00-da Naftalan şəhəri, İ.Həsənzadə küçəsində yerləşən yaşayış ünvanından yanğın baş verməsi barədə çağırış daxil olub".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində iki nəfərə (kişi və qadın) tibbi xidmət göstərilib. Təxliyəyə ehtiyac yaranmayıb".
***09:12
Naftalanda yanğın olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Naftalan şəhərinin mərkəzində qeydə alınıb. Belə ki, doqquz mərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində anidən yanğın olub. Əraziyə FHN yanğın söndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.
Dərhal yanğın södürülüb, qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı binanın doqquzuncu mərtəbəsində yaşayan 2 nəfər 1973-cü il təvəllüldü U.Əhmədova və onun övladı 1990-cı il təvəllüdlü B.Əhmədov tüstüdən zəhərləniblər. Hər iki şəxsə hadisə yerinə gələn təcili yardım birqadası yadım edib, vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə yanğın baş verən mənzildə təmir gedirmiş.
Baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












