Nail Kəmərlinin yaydığı skandal görüntü: Gerçəkləri özü açıqladı – VİDEO

Aparıcı Nail Kəmərlinin şalfey bitkisinin narkotik kimi istifadəsi ilə bağlı paylaşdığı video müzakirələrə səbəb olub. Bildirilir ki, belə videolar gənclərdə həmin bitkiyə “maraq” yarada və istifadəsini təşviq edə bilər. N.Kəmərli paylaşımının maarifləndirmə məqsədi daşıdığını bildirib. Sosial şəbəkə istifadəçiləri isə videonu narkotik vasitələrin dolayı təbliği kimi qiymətləndirib.
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan narkomaniya üzrə ekspert Emil Maqalov deyib ki, bu cür maddələr aidiyyəti qurumların icazəsi və nəzarəti ilə maarifləndirmə məqsədilə gənclərə və yeniyetmələrə göstərilməlidir:
“Məqsəd odur ki, gənclər bu cür maddələrin onlara hansı ad altında təklif oluna biləcəyindən xəbərdar olsunlar və vaxtında “yox” deməyi bacarsınlar. Hazırda bu barədə danışan şəxs (Nail Kəmərli – red.) nə ekspertdir, nə də narkotiklərlə bağlı mütəxəssis. O, sadəcə rejissordur və bu sahə üzrə peşəkar biliyə malik deyil. Buna görə də səsləndirdiyi fikirlər düzgün qəbul edilməyə bilər”.
E.Maqalov qeyd edib ki, Nail Kəmərlinin “bunu istifadə etsən, analizdə görünməyəcək” kimi səsləndirdiyi fikirlər yanlışdır:
“Bu cür iddialar insanlarda yanlış təsəvvür yarada və dolayısı ilə narkotik vasitənin təbliğinə xidmət edə bilər. Mən testdə çıxıb-çıxmaması ilə bağlı qəti fikir bildirmirəm. Ancaq “istifadə etsəniz, analizdə aşkarlanmayacaq” kimi təqdim olunması artıq həmin maddənin təşviqi anlamına gəlir”.
Məsələ ilə bağlı saytımıza danışan Nail Kəmərlisi isə deyib ki, bunu paylaşmaqda məqsədi insanları, xüsusilə də gəncləri və valideynləri məlumatlandırmaqdır:
“Bu işlə məşğul olan şəxslər gənclərə deyirlər ki, guya bu, adi ot bitkisidir, şalfeydir, siqaretə qatıb çəksən, heç bir qoxusu olmur, ağızdan iy gəlmir, heç kim bilməyəcək. Hətta onları aldadaraq deyirlər ki, analizlərdə də aşkarlanmır. Bu cür yalanlarla gəncləri inandırırlar. Bundan əlavə, iddia edirlər ki, guya bu maddə insana enerji verir, əhvalını yaxşılaşdırır, hətta cinsi aktivliyi artırır. Bütün bunlar satıcıların insanları aldatmaq üçün istifadə etdikləri üsullardır”.
Aparıcı bildirib ki, digər tərəfdən, bu maddənin qiyməti də çox ucuzdur:
“Digər narkotik vasitələrin qramı 50-60 manat olduğu halda, bunu 10-15 manata satırlar. Məhz buna görə də gənclər üçün daha əlçatan olur. Mənim məqsədim bunları təbliğ etmək deyil. Məqsədim odur ki, insanlar ayıq, məlumatlı olsunlar”.
Nail Kəmərli deyib ki, 5 il əvvəl metamfetamin (“patı”) barədə danışanda mənə irad tuturdular:
“Deyirdilər ki, niyə adını çəkirsən? Amma bu gün artıq hər kəs bilir ki, “patı” nədir və hansı ağır fəsadlara səbəb olur. İndi də vəziyyət eynidir. Narkotik vasitələr və onların satış üsulları dəyişir, daha gizli metodlardan istifadə olunur. İnsanları da məhz bu yollarla aldadırlar. Məqsədim yalnız bunu izah etməkdir. Təsəvvür edin, sabah hansısa məclisdə və ya son zəng tədbirində gəncə “bu, təbii otdur, şalfeydir” deyib təklif edəcəklər. O da təhlükəsiz olduğunu düşünərək istifadə edəcək. Sonra yenidən istəyəcək və nəticədə asılılıq yaranacaq. İnsanlar bu təhlükəni bilməlidirlər”.
N.Kəmərli “şalfey” adı ilə satılan maddə barədə məlumatı özündən uydurmadığını vurğulayıb:
“Bunu həmin maddədən istifadə etmiş şəxslər danışırlar. Normal şalfeyin faydaları çoxdur. Söhbət tanımadığınız insanların sizə “şalfey” adı ilə təqdim etdiyi naməlum maddədən gedir. Belə hallarda son dərəcə ehtiyatlı olmaq lazımdır. Şalfeyi aptekdən və ya rəsmi satış məntəqələrindən alın. Təsadüfi şəxslərin təqdim etdiyi maddələri isə qəbul etməyin”.
Avtomobilin önünə qəfil çıxan azyaşlı velosipedçi qorxulu anlar yaşatdı - VİDEO
Avtobus piyadanı vurub ÖLDÜRDÜ
"Bunu insanlara satırlar" - "Azza"dan şikayət - VİDEO
Bakıda avtomobildən oğurluq anı kameraya düşdü - VİDEO
Sosial şəbəkə tanışlığı cinayətlə bitdi: Qız anasının pullarını oğurlayıb kişiyə verdi
Paytaxtda yol çökdü: Tıxacda qalan sürücülər çətin anlar yaşadılar - VİDEO
Hökməli-Qobu yolundakı çuxurlar daşla nişanlanıb, sürücülər yolun kənarına çıxır - VİDEO
Almaniyada dərinləşən skuter problemi
Avtomobil daşıyan vaqon relsdən çıxdı, yol yararsız hala düşdü - FOTO
Şəhərin mərkəzində “Geely” yandı; köməyə polislər də gəldi - FOTO - VİDEO
Bakıda qadına qarşı zorakılıq: Şübhəli şəxs saxlanıldı - VİDEO










