Narkokuryerliyə cəlb olunan tanışlarda 11 kq narkotik və silah aşkarlanıb - FOTO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sabunçu rayonunda həyata keçirdiklən əməliyyat zamanı 42 yaşlı Kərəm Məmmədov və 33 yaşlı Səidə Cavadova saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər birgə yaşadıqları mənzildə 11 kiloqrama yaxın marixuana, psixotrop maddə olan metamfetamin, həmçinin narkotik vasitələrin qablaşdırılması və satışında istifadə olunan elektron tərəzi saxlayıblar.
Əlavə olaraq, K.Məmmədovun yaşadığı digər ünvana baxış keçirilərkən 1 ədəd “Makarov” tipli tapança, daraq və bir neçə patron da aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər ilkin ifadələrində narkotik vasitələri və odlu silah-sursatı Astara rayonu ərazisindən əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək xəbərdarlıq edib: "Narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak — insan həyatını və gələcəyini məhvə sürükləyir. Sosial şəbəkələr vasitəsilə vədlərlə cəlb olunan şəxslər öz azadlıqlarını riskə atmaqla yanaşı, cinayət məsuliyyəti daşıdıqlarını da unutmamalıdırlar".
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB













