Narkotikin təsiri altında avtomobil sürən və qəza törədən məhşur futbolçu saxlanıldı

Hazırda Niderlandın "Feyenoord" klubunda çıxış edən İngiltərə millisinin keçmiş oyunçusu Rahim Sterlinq polis tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə etməkdə şübhəli bilinərək saxlanılıb. Avtosfer.az-ın məlumatına görə, bu barədə Britaniyanın "The Sun" nəşri xəbər yayır.
Qeyd olunub ki, futbolçu Hempşirdəki magistral yolda saxlanılıb. Sterlinq özünün "Lamborghini" markalı avtomobili ilə maneəyə çırpılıb. Oyunçu narkotik maddə qəbul etməkdə və saxlamaqda şübhəli bilinir, lakin futbolçu tibbi müayinədən keçməkdən imtina edib. Sterlinq hazırda girov müqabilində sərbəst buraxılıb.
Xatırladaq ki, 31 yaşlı ingiltərəli futbolçu bu ilin fevral ayında azad agent statusu ilə Londonun "Çelsi" klubundan "Feyenoord"a keçib. Hollandiya klubunun heyətində 8 oyun keçirən futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha əvvəl "Arsenal", "Mançester Siti", "Liverpul" klublarında və İngiltərə millisində də çıxış edib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO













