NATO qırıcıları havaya qaldırdı - Nə baş verir?

Litvanın paytaxtı Vilnüsün Beynəlxalq Hava Limanı radarlarda naməlum pilotsuz uçuş aparatının (PUA) görünməsi ehtimalı ilə əlaqədar hava məkanını və fəaliyyətini müvəqqəti olaraq bağlayıb.
Avtosfer.az xəbər verir ki, yerli LRT telekanalının yaydığı məlumata görə, təhlükə siqnalından dərhal sonra NATO-nun Baltikyanı hava məkanını qoruyan qırıcı təyyarələri təcili olaraq səmaya qaldırılıb, yerli sakinlərin telefonlarına isə ehtiyatlı olmaq və sığınacaqlara yaxınlaşmaq xəbərdarlığı göndərilib.
Sonradan Vilnüs hava limanı rəsmi bəyanat yayaraq hava həyəcanının ləğv edildiyini və uçuşların bərpa olunduğunu bildirib.
Litva Silahlı Qüvvələrindən verilən açıqlamada vurğulanıb: "NATO qırıcıları sözügedən ərazidə hər hansı fiziki obyekt aşkar etməyiblər. Hərbi Hava Qüvvələrinin helikopteri siqnalın radarlardan itdiyi zonada əlavə baxış keçirəcək".
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












