Naxçıvanda həkim əsgər ölümünə görə həbs edildi

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Əziz Eminovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, təqsirləndirilən A.Q. 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən il Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən N saylı hərbi hissədə baş verib. Əsgər S.H. diş ağrısı ilə əlaqədar tibb məntəqəsinə müraciət edib.
İttihama görə, əsgərdə "kəskin infeksion miokardit" xəstəliyinin son inkişaf mərhələsi olsa da, həkim yalnız onun ağız boşluğunu müayinə etməklə və dərman təyin etməklə kifayətlənib.
Gecə saatlarında özünü pis hiss edən əsgər ürək döyüntülərinin şiddətləndiyini əsgər yoldaşına bildirib. Səhər saatlarında şəxsi heyət həyəcan siqnalı ilə qaldırılıb. Bundan sonra əsgərin vəziyyəti daha da pisləşib. O, sanitar qovşağa getmək istəyərkən yıxılaraq vəfat edib.
Həkimə qarşı Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluq vəzifəsinə səhlənkar yanaşma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi












