Nazirlikdə sürücü işləmək istədi, dələduzluğa məruz qaldı

Ədliyyə Nazirliyində sürücü vəzifəsi üzrə işə düzəlmək istəyən şəxs dələduzluqla üzləşib. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Aqşin Hüseynovu (şərti) Namiq adlı şəxs aldadıb. O, zərərçəkmişdən 12 000 manat alaraq iş məsələsini həll edəcəyini bildirib. Lakin verdiyi vədi yerinə yetirməyib.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra həmin şəxs saxlanılıb. Araşdırmalar zamanı Namiqin daha 3 nəfərə qarşı dələduzluq etdiyi müəyyən olunub. O, bir nəfərin banka olan 3200 dollar borcunu 2500 manat müqabilində sildirəcəyinə dair vəd verib. Lakin vədini yerinə yetirməyib.
Digər zərərçəkmişlərə gəlincə, onlardan biri işə düzəlmək üçün Namiqə 15000 manat verib. Sonradan aldadıldığını başa düşüb. Başqa bir zərərçəkmiş isə xidmət etdiyi hərbi hissəni başqası ilə dəyişmək istəyib. Namiq bu məsələni 15 000 manat müqabilində əhll edəcəyini deyib.
Binəqədi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə mühakimə olunan Namiq verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
Məhkəmənin hökmü ilə ona 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun həbsdə saxlanılıdğı 3 ay 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində 2 il 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












