Neftçalada ad günündə 5 nəfər zəhərləndi - YENİLƏNİB

Neftçala rayonunun Bankə qəsəbəsində zəhərlənmə hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, beş nəfərin qidadan zəhərləndiyi ehtimal olunur.
Neftçala Rayon Mərkəzi Xəstəxanasından qeyd olunub ki, fevralın 17-də saat 03:20-də beş nəfər (üç kişi, iki qadın) zəhərlənmə şübhəsi ilə Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Onlara dəqiqləşdirilməmiş bakterial qida mənşəli zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir".
***
Neftçala rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Bankə qəsəbəsində keçirilən ad günü məclisində baş verib.
Həmin tədbirdə iştirak edən 5 qohum gecə saatlarında qidadan zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












