Nərimanovda restoranın qarşısında kütləvi dava - VİDEO - YENİLƏNİB

Nərimanov rayonu ərazisində yerləşən Tempo Baku restoranının qarşısında baş vermiş hadisə ilə bağlı bəzi media orqanlarında yayılan məlumatlara aydınlıq gətiririk.
Avtosfer.az xəbər verir ki, sözügedən insident restoranın daxilində deyil, obyektin qarşısında, ictimai ərazidə baş verib. Hadisədə iştirak edən şəxslərin restoranla və ya onun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.
Bununla bağlı səlahiyyətli nümayəndə Ümid Kərimbəyli tərəfindən də bildirilib ki, baş verənlərin restoranın fəaliyyəti ilə əlaqələndirilməsi düzgün deyil.
İctimaiyyətdən və media nümayəndələrindən xahiş edirik ki, məsələ ilə bağlı məlumatları dəqiqləşdirərək yaysınlar və restoranın adının əsassız şəkildə hallandırılmamasına diqqət yetirsinlər.
***16:23
Paytaxtın Nərimanov rayonunda yerləşən restoranlardan birinin qarşısında kütləvi dava düşüb.
Avtosfer.az Milli.az-a istinadən xəbər verir ki, hadisə “Tempo Baku” restoranının qarşısında baş verib.
Belə ki, bir qrup sərxoş şəxs arasında mübahisə olub və daha sonra davaya çevrilib. Tərəflər bir-birilərinə xəsarətlər yetiriblər.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov rayonu ərazisində sərxoş halda ictimai asayişi pozan şəxslərin şəxsiyyətləri polis əməkdaşları tərəfindən müəyyən olunub. Hazırda faktla bağlı zəruri prosessual araşdırmalar davam etdirilir.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












