Nəsimi rayonunun mərkəzində yararsız küçələr: "Avtomobillərə ciddi ziyan dəyir" - FOTO

Bakının mərkəzi küçələrindən birinin - Sübhi Salayev küçəsinin bərbad vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə məlumat daxil olub.


Bildirilib ki, Nəsimi rayonu ərazisində yerləşən və Səməd Vurğun küçəsini Ziyarbəy Əhmədbəyov küçəsi, eləcə də Zabitlər Parkı ilə birləşdirən Sübhi Salayev küçəsi uzun müddətdir təmir olunmur.
"Yolun 300-500 metrlik hissəsində onlarla çala-çuxur var. Bu da həm avtomobillərin hərəkətini çətinləşdirir, həm də nəqliyyat vasitələrinə ziyan vurur", - deyə şikayətdə bildirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) və Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu küçələrin asfalt örtüyünün dəyişməsi onların səlahiyyətində deyil.
Nəsimi Rayon İcra Hakimiyyətində isə heç bir səlahiyyətli şəxslə əlaqə yaratmaq mümkün olmadı - zənglərimiz və mesajlarımız cavabsız qaldı.




Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












