Nizamidə telefon alverçiləri vətəndaşları aldadaraq yoxa çıxıb - ŞİKAYƏT - FOTO

Paytaxtda vətəndaşların mobil telefonlarını satış adı altında aldadılması ilə bağlı növbəti şikayətlər gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, zərərçəkən Dəniz Ağabəylinin sözlərinə görə, o, telefonunu satmaq məqsədilə tanıdığı şəxsə təqdim edib. Lakin qarşı tərəf vəd etdiyi ödənişi etməyərək yoxa çıxıb və sonradan zənglərə də cavab verməyib.
Vətəndaş bildirir ki, həmin şəxs əvvəllər də telefon alqı-satqısı ilə məşğul olub və bu sahədə fəaliyyət göstərdiyini deyib. Onun iddiasına görə, eyni üsulla təkcə o deyil, daha onlarla şəxs aldadılıb. Bildirilir ki, bəzi hallarda kreditlə alınmış mobil telefonlar toplanaraq ya ölkə xaricinə çıxarılır, ya da xarici bazarlarda satılır.
Zərərçəkmiş Dəniz Ağabəyli qeyd edir ki, Elçin və Mərhəmət adlı dələduzlar “Neftçilər” metrosu yaxınlığında aldatmaq niyyətiylə vətəndaşalara yaxınlaşaraq telefonları əldə edir, sonra isə bird aha ortaya çıxmırlar. Dəniz Ağabəyli onu da vurğulayıb ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub və aidiyyəti üzrə araşdırma aparılması üçün şikayət təqdim edilib.
İddialara görə, bu kimi hallar tək-tük deyil və oxşar dələduzluq sxemi ilə bir neçə nəfərin zərər gördüyü bildirilir. Mütəxəssislər vətəndaşlara belə hallarda diqqətli olmağı, xüsusilə mobil telefon və digər bahalı əşyaların alqı-satqısı zamanı ödənişin tam və rəsmi şəkildə həyata keçirilməsinə əmin olmadan məhsulu qarşı tərəfə təqdim etməməyi tövsiyə edirlər.
Eltac Zülfüqaroğlu



Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO













