Nöqsana görə qovulan direktor şikayət etdi - Rədd cavabı aldı

Laçın rayonu Taxtakörpü tam orta ümumtəhsil məktəbində aparılmış yoxlama zamanı müəssisənin fəaliyyətində ciddi nöqsanlar aşkar edilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, aşkarlanmış pozuntular əsasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 12 fevral 2026-cı il tarixli əmri ilə müəssisənin direktoru Məmmədov Səxavətin əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən xitam verilib.
Sabiq direktor əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması və işə bərpa tələbi üzrə Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb. Aparılmış araşdırma nəticəsində iddia tələbi əsassız hesab edilib və rədd edilib. Məhkəmə işəgötürən tərəfindən qəbul edilmiş əmrin qanunvericiliyin tələblərinə uyğun olduğunu müəyyən edib və əmək münasibətlərinə xitam verilməsi üçün hüquqi əsasların mövcudluğunu təsdiq edib.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












