Novxanıda sürət qatarının qarşısına çıxan piyada ölüb

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus qatar 11 fevral tarixində saat 19:07-də Abşeron dairəvi marşrutunun Pirşağı-Sumqayıt hissəsində hərəkətdə olarkən yola qəfil insan çıxıb. Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq QSC-dən məlumat verilib.
Bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub: "Əməkdaşlar tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Hadisə ilə əlaqədar qatarın hərəkətində yubanma qeydə alınıb. ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır".
***
Bakı-Sumqayıt marşrutu üzrə hərəkətdə olan sürət qatarı Novxanı sahəsindən keçən hissədə piyadanı vurub. Məlumata görə, dəmiryolu xəttinə çıxan ortayaşlı kişi qəfil qatar yoluna keçib və nəticədə həyatını itirib. Hadisədən sonra qatarın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və fakt üzrə araşdırmalara başlanılıb. Hazırda hadisənin başvermə şəraiti və səbəbləri dəqiqləşdirilir.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












