“O işgəncələri atam edib...” - 14 yaşlı yeniyetmənin qardaşı

“Anam öləndən sonra bizə xalam baxıb, məni də, qardaşımı da o saxlayıb. Onun qardaşıma işgəncə verməsi ilə bağlı deyilənlər yalandır, həmin işgəncə izləri çoxdanındır, onlar atamın etdikləridir”.
Avtosfer.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya valideynlərini itirən və xalası tərəfindən işgəncələrə məruz qaldığı deyilən 14 yaşlı Ü.M-nin qardaşı 21 yaşlı F.Məmmədov bildirib.
Onun sözlərinə görə, atası Vüsal Məmmədov narkotik aludəçisi olub və daim ailəsinə şiddət göstərib. Hətta anası Fəridə Novruzovanı azyaşlı qardaşının gözü qarşısında qətlə yetirib. Bundan sonra isə o, ağır psixoloji travma alıb: “O izlər 5-6 il əvvəldən qalan işgəncə izləridir. Narkotik istifadəçisi idi, psixoloji problemləri var idi. Mənim özümə də işgəncələr verib. Anam onun işgəncələrinin qarşısını almağa çalışırdı. 2019-cü ildə atam anamı qətlə yetirib. Məlumata görə, özü də həbsxanada ölüb. Qətl qardaşımın gözünün qabağında olub, ona görə uşaq ağır psixoloji travma alıb. O vaxtdan da məktəbə getmir, psixoloji müalicə alır...
Qonşularımız anamın sağlığında bir dəfə də olsun, bizim qapımızı açmayıblar. Qapımızı döyüb bir şeyə ehtiyacınız varmı deyə soruşmayıblar. Qardaşımı çay içmək adı ilə evə çağırıb belə bir video çəkiblər. Nə məqsədlə etdiyini də dəqiq bilmirəm”.
F.Məmmədov qeyd edib ki, onlara qəyyumluq edən xalasının qardaşına işgəncə verməsinə heç vaxt imkan verməz: “Uşaq nəsə səhv hərəkət, nadinclik edəndə bütün valideynlər ona bir şillə vurur. Xalam da bir valideyndir, onun da tərəfini tutmuram, demirəm ki, vurmayıb. Amma işgəncə vermək heç vaxt olmayıb. Mənim olanım-qalanım bir qardaşımdır. Heç mən də icazə vermərəm ki, qardaşımı işgəncə versinlər”.
Qeyd edək ki, sosial şəbəkədə 14 yaşlı yeniyetməyə xalası tərəfindən ağır işgəncələr verilməsi ilə bağlı iddialar yayılmışdı. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Faktın təsdiqlənəcəyi təqdirdə yeniyetmənin qəyyumunun əlindən alınaraq sığınacağa yerləşdiriləcyi bildirilir.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












