Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub.
Belə ki, Tunar Məmmədov Gəncədə tərxun yetişdirilən istixanada çalışıb və oranın sahibinin 15 yaşlı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Məlum olub ki, onlar 10 manat pula görə mübahisə ediblər və bu insident ağır cinayətlə yekunlaşıb. Gəncə Ağır Cinayətlər Məhkəməsi yeniyetməyə 7 il 6 ay həbs cəzası verib.
Hadisədən sonra Tunarın atası Etibar bıçaq götürərək həmin istixanaya gedib və işçilərin oradada çalışmamasını tələb edib, onlara obyektin fəaliyyətini boykot etməli olduqlarını deyib. Bu zaman istixananın mühafizəçisi 1984-cü il təvəllüdlü Ziya Cəfərov Tunarın atasına yaxınlaşaraq ərazini tərk etməsini tələb edib. Nəticədə, münaqişə yaranıb və Etibar Məmmədov üzərində gətirdiyi bıçaqla mühafizəçiyə zərbələr endirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1, 221.3 və 228.5-ci maddələri ilə iş başlanılıb.
Bıçaqlanan mühafizəçi Etibardan şikayətçi olmayıb.
Məhkəmənin hökmü ilə E.Məmmədova 5 il həbs cəzası verilib.
Fotoda Tunar Məmmədov

Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












