Oğul 67 yaşlı anasının başını kəsdi - Cinayət işinin bəzi detalları

67 yaşlı anasını yad kişilərlə yüngül həyat keçirməsini bəhanə edərək onu qətlə yetirən Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə 2026-cı ilin yanvarın 24-də Sabunçu rayonunun Ramana qəsəbəsi "Gülçülük Sovxozu" ərazisində baş verib.
İttiham aktında göstərilib ki, Emil Ağayev heç bir əsaslı səbəb olmadan doğma anası Həyat Ağayevanın istifadəsində olmuş mobil telefonda kişi cinsli şəxslərlə telefon əlaqələrinin olmasını, yüngül həyat tərzi keçirməsini bəhanə gətirərək onu qəsdən öldürmək qərarına gəlib.
O, 24 yanvar 2026-cı il tarixdə səhər saatlarında birgə yaşadıqları evdə heç kimin olmamasından istifadə edərək həmin vaxtı işdə olan Həyat Ağayevaya zəng edərək qayınatasının onların evinə qonaq gələcəyinə dair yalan məlumat verib.
İstintaqla müəyyən edilib ki, Emil həmin gün anasını taksi ilə iş yerindən götürüb saat 10:00 radələrində yaşadıqları Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə gətirib. Daha sonra qəsdən adam öldürməyə yönəlmiş niyyətini həyata keçirmək üçün evin qonaq otağında 67 yaşlı Həyat Ağayevanın qəflətən üzərinə hücum edib.
O, anasına qəddarlıq və rəhmsizlik göstərərək, hər iki əli ilə onun boğaz nahiyəsindən sıxıb eyni zamanda sifətinə yumruq zərbələri vuraraq döşəmənin üzərinə yıxıb. Daha sonra niyyətini başa çatdırmaq üçün evin mətbəx otağından götürdüyü bıçaqla Həyat Ağayevaya arxadan yaxınlaşaraq onu nisbətən yuxarı istiqamətdə dikəldib onun boyun nahiyəsindən iki dəfə zərbə vuraraq kəsib.
Bununla da Emil Ağayev anasını Həyat Ağayevanı xüsusi amansızlıqla öldürürərək həyatdan məhrum edib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, cinayət işinin məhkəmə istintaqı hakim Namiq Kərimovun sədrliyi ilə araşdırılır.
Zığdakı zavodun Xəzəri çirkləndiyi iddia edildi; qurum hərəkətə keçdi - RƏSMİ - VİDEO - YENİLƏNİB
“Yango” 100 milyon cərimələndi – RUSİYAYA MƏLUMAT ÖTÜRÜR
Prospektdə təhlükə: Gənc oğlan maşınların arasından qaçaraq yolu keçdi - VİDEO
Lökbatandakı yanğına 2 helikopter cəlb olundu - FOTO - VİDEO - YENİLƏNİB
Bakıda yanan anbar məşhur şirkətin imiş - FOTOLAR
Bakıda faciəvi yol qəzası BAŞ VERİB - ÖLƏN VAR - YENİLƏNİB
Valideynlər uşağı yola buraxdı; sürücü qəzadan belə qurtuldu - VİDEO
Xaçmazda 60 yaşlı kişini avtomobil vuraraq öldürdü
Qapısı açıq qalan “Mercedes”dən oğurluq edilib
Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər
Kürdəmirdə hərəkətdə olan avtomobil yanıb - FOTO - VİDEO










