Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq

Qeyri-rəsmi birgə yaşadığı qadını boğaraq öldürməkdə ittiham olunan 48 yaşlı biznesmen Emil Ağcanov anlaqlı olub-olmaması yenidən yoxlanılacaq.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi müdafiə tərəfinin istəyi ilə belə qərar qəbul edib.
Qətlə yetirilən İradə Muradovanın yaxınları elə əvvəldən Emilin anlaqsız olduğuna inanmır. İradənin bacısı ibtidai istintaqın düzgün aparılmamasından şikayətlənərək doğmasının qatilinin layiqincə cəzalandırılmasını tələb edir. Bu səbəbdən məhkəmə istintaqı başa çatmaq üzrə olarkən vəkil Rəşad Cəbrayılov hüquqi varis olan bacının da tələbi ilə təqsirləndirilən şəxsin yenidən tibbi ekspertizadan keçirilməsini xahiş edib.
Onlar hesab edir ki, Emil Ağcanovun belə dəhşətli cinayəti anlaqsız vəziyyətdə törətməsi inandırıcı deyil. Hadisədən sonra sübutların gizlədilməsi məqsədilə İradənin telefonunun sındırılması, eləcə də həmin vaxt səsləndirdiyi fikirlər onun baş verənləri dərk etdiyini göstərir.
Bundan əlavə, Ağcanovun məhkəmədəki ifadələrində ziddiyyətlərin olması-gah hadisənin vaxtını və yerini dəqiq xatırlaması, gah isə reallıqdan uzaq, mifik xarakterli fikirlər səsləndirməsi zərərçəkmiş tərəfi narahat edir.
Fotoda: hakim Səbinə Məmmədzadə
.jpg)
Prokuror isə əvvəlki tibbi ekspertizanın nəticələrini düzgün hesab edir. Həmin rəyə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilərək ixtisaslaşmış psixiatriya müəssisəsinə yerləşdirilməsi təklif olunur.
Məhkəməyə sədrlik edən hakim Səbinə Məmmədzadə isə bütün şübhələrin aradan qaldırılması məqsədilə zərərçəkmiş tərəfin vəsatətini təmin edib. Emil Ağcanov yenidən tibbi ekspertizadan keçiriləcək və bundan sonra yekun qərar açıqlanacaq. Yeni həkim rəyinin hazırlanmasına qədər məhkəmə prosesi təxirə salınıb.
Qeyd edək ki, cinayət hadisəsi ötən ilin yayında Yasamal rayonu ərazisində baş verib. İddialara görə, Emil Ağcanov spirtli içki və narkotik vasitələrin təsiri altında qeyri-rəsmi münasibətdə olduğu 37 yaşlı İradə Muradovanı yerə yıxaraq, dini ayinlər icra etdirməklə xüsusi amansızlıqla boğaraq öldürüb. Daha sonra o, cəsədi evin hamam otağına aparıb, üzərinə möhür qoyaraq qucaqlayıb və səhərə qədər bu vəziyyətdə dini musiqilər dinləyib. Təqsirləndirilən şəxsə xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə üzrə 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
E.Ağcanov biznes fəaliyyəti ilə məşğul olub. O, “Chermington Transportation Services”, “AZRENT”, “Caspi Style” şirkətlərinin və İtaliya brendi “Yamamay” mağazasının sahibidir. İradə Muradova da həmin şirkətlərdən birində çalışıb.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












