Oliqarx və ailəsinə sui-qəsd anı - ŞOK VİDEO

Monakoda ukraynalı oliqarx Vadim Yermolayev və ailəsinə qarşı sui-qəsd cəhdinin videosu yayılıb.
Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Vadim Yermolayevin Monakodakı mənzilinin qapısının qarşısında quraşdırılmış kameradan görüntüləri bərpa edib.
Görüntülərdə sui-qəsd icraçısı Anastasiya Berezovskayanın evin qapısı qarşısında bir çanta qoyub, dərhal oradan uzaqlaşdığı görünür. Daha sonra Yermolayevin özü, oğlu və həyat yoldaşı küçə ilə yuxarı qalxır, qapıya yaxınlaşdıqda partlayış baş verir. Partlayışı icraçının bombaidarəedici ilə törətdiyi görünür.
Uğursuz sui-qəsd cəhdinin törədicisi həmin vaxt yaxınlıqda, partlayış yerindən cəmi bir neçə metr aralıda olub.
Ukrayna Baş prokuroru Ruslan Kravçenkonun sözlərinə görə, şübhəlilər videonu məhv etməyə cəhd edib.
Cinayətkarlar əmrin icrasının təsdiqini almaq üçün kameranı əvvəlcədən quraşdırıblar.
Qeyd edək ki, iyunun 29-da Monakoda ukraynalı iş adamı, “Alef” korporasiyasının təsisçisi və Dnepr şəhərinin ən iri tikinti şirkətlərindən birinin sahibi Vadim Yermolayev, onun arvadı və 13 yaşlı övladı sui-qəsd cəhdinə məruz qalıb. Hər 3-ü yaralansa da, ölən olmayıb.
Yermolayev özü bu hadisədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini ittiham edir.
Hadisəni törətməkdə şübhəli bilinən əsas şəxsin Kiyevdə ölü tapıldığı haqda da məlumat yayılmışdı.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












