Banner

"On beş min manatı özünə verdim" - Kamran Əsədovun məhkəməsi

Hadisə 22 Yanvar 2026 19:48
"On beş min manatı özünə verdim" - Kamran Əsədovun məhkəməsi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncə şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun və tarix müəllimi Gündüz Abbasov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədirliyi ilə keçirilən prosesdə şahidlərin bir neçəsinin ifadələri alınıb. Proses təxminən 3 saatdan artıq davam edib. Ümumilikdə isə proses üzrə 30 dan artıq şahid var. Şahidlərin hissə-hissə məhkəməyə çağrılacağı gözlənilir.

Gültən Quliyeva ifadə verib. O, ifadəsində bildirib ki, Gündüz Abbasovu tanımadığını amma Kamran Əsədovu tanıdını bildib. O ifadəsində qeyd edib ki, övladının buraxlış imtahanından az bal toplayıb. K. Əsədovu ekspert kimi tanıdğını və ondan övladının kollecə belə qəbul olmasında kömək istəyib. K. Əsədov isə öz növbəsində kömək edəcəyini hətta universitetə qəbul olacağını deyib. Bunun müqabilində K. Əsədova15 min manat ödədiyib. Ödənişini şəxsən özü verib. G. Quliyeva K. Əsədovun köməkçisi olan Bəhman adlı şəxsin ona məhkəməyə getməməsi üçün təsir etdiyini deyib. Ona səs votsap üzərindən səs yazısı atdığını bildirib. Hakim G. Quliyevadan səs yazısını təqdim edilməsini istəyib. Həmçinin şahidin oğlunun Gəncə şəhərinə göndərildiyi imtahan ərəfəsində övladının geyim əşyalarına avadanlıq quraşdırıldığını bilib. Sonradan pul geri istənilsədə K. Əsədov məbləği qaytarmaq istəməyib. Lakin qadın ibtidai istintaqa çağrıldıqdan sonra K. Əsədov 15 min manatı geri qaytarıb.

Daha sonra Bəhmən Hüseyinli hakimə ifadə verib. Onun şahidlərə hansı səbəbdən təsir etdiyini soruçub. Lakin B. Hüseyinli hakimin sualına tam cavab verə bilməyib. Ardından B. Hüseyinlidən avadanlıqların kimin vaistəsi ilə hazırlandığı və necə quraşdırılması soruçulub. B. Hüseyinli isə bildirib ki, avadanlıqların mahiyyətini bilməyib, həmin şəxslərin K. Əsədovun ofisində məşq edildiyini görüb. Amma pulun verilməsi zamanı olmadığını deyib.

Məlumat üçün bildirək ki, B. Hüseyinli K. Əsədovun qaynıdır.

Qeyd edək ki, 2025-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

İttihama görəx təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasov ibtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə cinayət əlaqəsinə girərək həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Onlar gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulmuş texniki vasitələri (gizli kamera, gizli səsötürücü funksiyaya malik "vip smart" telefon, nano qulaqlıq, mifi cihazları və s.) bir-biri ilə əlaqələndirib istifadəsində hər hansı problemin olmadığına əmin olduqdan sonra Gəncə və Bakı şəhərləri ərazisində Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarından asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar Gəncə şəhərində fərdi yaşayış evində, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisdə və digər ünvanlarda imtahanda iştirak edəcək şəxslərin ayaqqabısının alt hissəsi kəsilməklə içəridə boşluq yaradıb qeyd edilən texniki vasitələri həmin boş sahəyə yerləşdirməklə imtahan keçirilən binanın daxilində ayaq yolu hissəsində həmin texniki vasitələri üzərinə yerləşdirməsi, imtahan sualları əks olunan vərəqəni kamera vasitəsilə çəkməsi, daha sonra isə bir müddət gözləməklə qulaqlıq vasitəsilə cavabları deyəcəyinə dair istifadə qaydaları ilə təlimatlandıraraq qanuni şəkildə imtahanların keçirilməsinin təmin edilməsini nəzərdə tutan təhsil siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmağa cəhd etmişlər.

Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində həbs, Kamran Əsədov barəsində barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Növbəti məhkəmə prosesi sabah saat 14-00 a təyin olunub

***

Gəncə şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Elçin Məmmədovun sədirliyi ilə keçirilən prosesə ona yaxın şahid ifadə vermək üçün dəvət olunub.

Ümumilikdə cinayət işi üzrə 30-dan artıq şahid var.

Məhkəmə prosesində ifadə verən şahid Gültən Quliyeva bildirib ki, Gündüz Abbasovu yox, Kamran Əsədovu tanıyır. O ifadəsində qeyd edib ki, övladının buraxlış imtahanından az bal toplayıb. Təhsil eksperti kimi tanıdığı Kamran Əsədovdan övladının kollecə qəbul olunmasında kömək istəyib. Kamran Əsədov isə öz növbəsində kömək edəcəyini, hətta övladının universitetə qəbul ola biləcəyini deyib. Bunun müqabilində isə 15 min manat alıb. Gültən Quliyevın sözlərinə görə, pulu Əsədova şəxsən özü verib.

Gültən Quliyeva Kamran Əsədovun köməkçisi Bəhmən adlı şəxsin ona məhkəməyə getməməsi üçün təzyiq etdiyini deyib. Votsapla ona səsyazısı atdığını bildirib. Hakim şahidən səs yazısını təqdim etməsini istəyib.

Şahid ibtidai istintaqa çağrıldıqdan sonra Kamran Əsədovun 15 min manatı geri qaytardığını bildirib.

Qeyd edək ki, 2025-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

İttihama görəx təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasov ibtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə cinayət əlaqəsinə girərək həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Onlar gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulmuş texniki vasitələri (gizli kamera, gizli səsötürücü funksiyaya malik "vip smart" telefon, nano qulaqlıq, mifi cihazları və s.) bir-biri ilə əlaqələndirib istifadəsində hər hansı problemin olmadığına əmin olduqdan sonra Gəncə və Bakı şəhərləri ərazisində Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarından asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar Gəncə şəhərində fərdi yaşayış evində, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisdə və digər ünvanlarda imtahanda iştirak edəcək şəxslərin ayaqqabısının alt hissəsi kəsilməklə içəridə boşluq yaradıb qeyd edilən texniki vasitələri həmin boş sahəyə yerləşdirməklə imtahan keçirilən binanın daxilində ayaq yolu hissəsində həmin texniki vasitələri üzərinə yerləşdirməsi, imtahan sualları əks olunan vərəqəni kamera vasitəsilə çəkməsi, daha sonra isə bir müddət gözləməklə qulaqlıq vasitəsilə cavabları deyəcəyinə dair istifadə qaydaları ilə təlimatlandıraraq qanuni şəkildə imtahanların keçirilməsinin təmin edilməsini nəzərdə tutan təhsil siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmağa cəhd etmişlər.

Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində həbs, Kamran Əsədov barəsində barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Oxunub 130
ŞƏRH YAZ
Ad

E-mail

Şərh