Onlayn mağazadan kosmetik məhsul sifariş etdi; saxta çıxdı – ŞİKAYƏT - FOTO

Onlayn satış səhifəsindən kosmetik məhsul sifariş edən vətəndaş aldığı məhsulların orijinal olmadığını iddia edir.
Avtosfer.az xəbər verir ki, saytın qaynar xəttinə müraciət edən B. Fidanın sözlərinə görə, o, sentyabrın 20-də sosial şəbəkədə fəaliyyət göstərən onlayn satış səhifələrindən birindən üç kosmetik məhsul sifariş edib. Sifarişdən əvvəl məhsulların orijinal olub-olmadığını satıcıdan bir neçə dəfə soruşduğunu və məhsulların orijinal olduğuna dair təminat aldığını bildirib. Satıcının məhsulların ABŞ-dəki rəsmi saytdan endirim zamanı alındığını və buna görə münasib qiymətə satıldığını dediyini qeyd edib.
Şikayətçinin sözlərinə görə, məhsulları sentyabrın 21-də “Nizami” metrosu ərazisində təhvil alıb və həmin vaxt da onların orijinal olub-olmadığını satıcıdan soruşub. Lakin evdə məhsulları yoxladıqdan sonra xüsusilə hədiyyə etməyi planlaşdırdığı məhsulun orijinal olmadığından şübhələnib. Vətəndaş məhsulu internetdə araşdırdığını, daha sonra eyni məhsulun orijinalını satan mağazaya müraciət etdiyini və oradakı əməkdaşların məhsulun “podorijinal” olduğunu bildirdiklərini iddia edib. Həmçinin sifariş etdiyi məhsullardan birinin rənginin səhv göndərildiyini deyib. Şikayətçi məsələ ilə bağlı satıcı ilə “WhatsApp” və “Instagram” vasitəsilə əlaqə saxlamağa çalışsa da, problemin həlli ilə bağlı nəticə əldə edilmədiyini bildirib. Onun sözlərinə görə, satıcı əvvəlcə məhsulun üzərindəki kodu yoxlamağı tövsiyə edib, lakin apardığı araşdırma zamanı kodların da kopyalana bildiyini öyrənib.
Vətəndaş məhsulun orijinallığını sübut etmək üçün qarşı tərəflə üzbəüz görüşməyi və məhsulun həqiqətən orijinal olduğunu göstərməyi tələb etdiyini söyləyib. Şikayətçinin sözlərinə görə, ona “Sephora” məhsulu ilə bağlı sənədlər göndərilib və o, həmin sənədlərin saxtalaşdırıldığını düşündüyünü bildirib. Şikayətçi məsələ ilə bağlı polisə müraciət edəcəyini qarşı tərəfə bildirdikdə “verin, polisdə görüşərik” cavabını aldığını deyib. O, əsas istəyinin pulun qaytarılması deyil, aldığı məhsulların orijinal məhsullarla əvəzlənməsi olduğunu qeyd edib.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəflə əlaqə saxlamağa çalışsaq da, müraciətimizə cavab verilməyib.
Fatimə


Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












