“Opel” çökmüş yola düşdü: Xaçmazda hadisə - VİDEO

Aprelin 6-da güclü sel səbəbindən uçmuş Gəndab-Yalama-Xudat-Rusiya sərhədi yolunun Xaçmazın İstisu qəsəbəsindən keçən hissəsində yaranmış iri çalaya avtomobil düşüb.
Avtosfer.az-ın Bizim.Media-ya istinadən məlumatına görə, “Opel” markalı avtomobil bağlanmış yolun kənarı ilə hərəkət edərkən həmin yerə düşüb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Xaçmazdakı 4 saylı yol istismar idarəsindən bildirilib ki, yolun bu hissəsi rəsmi şəkildə bağlanıb.
Həmin yolda təhlükəsizlik işarələri də qoyulub, lent bağlanıb. Amma bəzi sürücülər buna məhəl qoymur, məsafəni azaltmaq üçün bağlı yoldan keçməyə çalışırlar. Bu da yolverilməzdir. Əslində belə sürücülər nəinki yolu qısaldır, həm də öz həyatlarını təhlükəyə atırlar.
Verilən məlumata görə,qəzalı yolda çalaya düşən avtomaşının sürücüsü xəsarət almayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - VİDEO
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












