Ordubadda qaya UÇDU, yolda hərəkət çətinləşdi: 32 ev qazsız qaldı

Ordubad rayonu Pəzməri kəndində baş verən qaya uçqunu nəticəsində qaz xətti zədələnib.
Avtosfer.az xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, nəticədə 32 ev qazsız qalıb. Hal-hazırda təmir-bərpa işləri davam etdirilir.
***09:53
İntensiv yağışlar nəticəsində Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qaya parçaları yolun mərkəzi hissəsinə tökülüb.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, nəticədə, yolun müəyyən hissəsində gediş-gəliş məhdudlaşdırılıb. İlkin məlumata görə, qaya parçaları qaz xəttini də sıradan çıxarıb.
Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub.
Hazırda qaya parçaları dağıdılaraq ərazidən yığışdırılır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












