Ötən il partlayış baş vermiş bina hələ də təmir olunmayıb - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Bakıda qaz sızması nəticəsində partlayış baş vermiş binada 10-dan artıq mənzilin sakinləri evsiz qalıb.
Avtosfer.az xəbər verir ki, hadisə ötən ilin avqust ayında baş verib. Nizami rayonu, Əli Vəliyev küçəsi, 6 ünvanında yerləşən beşmərtəbəli binada partlayışdan sonra sakinlər evlərindən çıxarılıb və kirayə mənzillərə köçürülüblər. Hələ o vaxt bildirilmişdi ki, binanın qəzalı vəziyyətə düşmüş hissəsi sökülüb yenidən bərpa ediləcək.
Sakinlər deyirlər ki, ötən il onlara layihə-smeta sənədləri hazırlanacağı, binada bərpa işlərinə başlanılacağı bildirilsə də, ortada bir nəticə yoxdur. Bu azmış kimi, indi isə sakinlərə kirayə pullarının ödənilməyəcəyi bildirilib.
Şikayətçilər deyirlər ki, dəfələrlə Nizami Rayon İcra Hakimiyyətində qəbullarda olublar, hər dəfə müəyyən tarix verilsə də, vədlərə əməl olunmayıb.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ qurumun nəzarətindədir. Binanın birinci blokunun beşinci mərtəbəsində baş vermiş partlayış hadisəsi ilə bağlı dərhal operativ tədbirlər həyata keçirilib, partlayışdan zərər görmüş sakinlər təhlükəsizliyinin təmin edilməsi məqsədilə kirayə ödənişləri qarşılanmaqla müvəqqəti yaşayış yerlərinə köçürülüblər. Binaya dəyən zərərin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən bərpa layihəsi hazırlanıb və baxılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib. Hazırda layihəyə baxılmaqdadır və yaxın günlərdə müvafiq rəyin verilməsi gözlənilir. Dövlət ekspertizasından rəy alındıqdan sonra binanın təmir-bərpa işlərinə başlanılması üçün aidiyyəti dövlət orqanlarına müvafiq müraciətlər ediləcək.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












