Paşinyan 300 min azərbaycanlı ilə bağlı iddiaya görə partiyanı məhkəməyə verdi

Ermənistanın baş naziri Nikol Paşinyan 300 min azərbaycanlı barədə səsləndirilən iddiaların təkzib edilməsi tələbi ilə "Güclü Ermənistan" Partiyasını məhkəməyə verib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumatlar yayılıb.
Mayın sonlarında sözügedən siyasi təşkilatın rəhbəri, iş adamı Samvel Karapetyan seçkilərdə qalib gələcəkləri təqdirdə Azərbaycan vətəndaşlarının ölkədə daşınmaz əmlak almasını qadağan edən qanun qəbul edəcəklərini bildirmişdi.
"Erməni xalqı üçün hazırda ən mühüm məsələ baş nazir Nikol Paşinyanın 300 min azərbaycanlının Ermənistana gəlişi ilə bağlı planının həyata keçirilməsinin qarşısını almaqdır", - deyə Karapetyan açıqlama vermişdi.
Ermənistan lideri sözügedən partiyadan mənəvi zərərin əvəzi kimi 6 milyon dram (təxminən 16 min dollar - red.) təzminat tələb edir. Məhkəmə işi artıq icraata qəbul edib.
Qeyd edək ki, Paşinyan bundan əvvəl də Karapetyana qarşı məhkəmə iddiası qaldırmışdı. O zaman baş nazir Kanadada evinin olması barədə səslənən iddiaların təkzib olunmasını istəmişdi.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












