"Pearls Kids" bağçasının damında qanunsuz tikinti aparılır - VİDEO

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yerləşən "Pearls Kids" uşaq bağçasının damında qanunsuz tikinti aparıldığı iddia edilir. Bu azmış kimi, bağçanın ətrafında heç bir təhlükəsizlik tədbirlərinin görülmədiyi bildirilir.
Avtosfer.az xəbər verir ki, tikintinin qanunsuz olması ilə bağlı sosial şəbəkələrdə də paylaşımlar edilib.
Məsələnin təfərrüatlarını öyrənmək Xəzər tv-nin əməkdaşları həmin bağçaya gediblər. Heç bir mühafizə sistemi ilə qarşılaşmadan müəssisənin ərazisinə rahat şəkildə daxil olnub. Burada tikinti işləri aparılsa da, uşaqların təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri tədbirlər görülməyib.
Özünü bağçanın direktoru kimi təqdim edən Aynur adlı xanım burada aparılan işlərin tam qanuni olduğunu bildirdi, lakin rəsmi sənəd təqdim etmədi.
Uşaqların təhlükəsizliyi məsələsinə gəlincə, o, körpələrin oyun saatlarında tikintinin dayandırıldığını bildirdi.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, icra hakimiyyəti tərəfindən bağça rəhbərliyinə tikinti işlərinin dayandırılması tövsiyə olunub. Həmçinin bununla əlaqədar aidiyyəti dövlət qurumlarına da məlumat verilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












