Penitensiar Xidmətdən qovulub həbs edildi; təcridxanada keçmiş hərbçini aldatdı

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq əməkdaşı təcridxanada təqsirləndirilən şəxsə qarşı dələduzluq edib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında baş verib.
Penitensiar Xidmətin Mühafizə Alayının 14-cü atıcı bölüyünün əməkdaşı olmuş Mahir Muradov (soyad şərtidir-red.) 2024-cü ildə xidmətdən xaric olunub və barəsində cinayət işi başlanılıb. Mahir polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib, təqsirləndirilən şəxs qismində 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilib. O, təcridxanada olarkən keçmiş hərbçi, hərbi cinayət törətməkdə təqsirləndirilən Ceyhun Məmmədovla tanış olub. Mahir Ceyhuna bildirib ki, ona məhkəmədə günahsız olmasına yardım edə bilər. Hadisədən bir müddət sonra Mahirin barəsindəki həbs qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb.
Ceyhun Məmmədov onun məhkəmədə tanışı olduğuna inanıb və qardaşı ilə görüşməsini xahiş edib. Mahir azadlığa çıxandan sonra Ceyhunun qardaşı Turalla görüşüb və qardaşının məsuliyyətdən azad edilməsi üçün 10 min manat tələb edib. Tural isə bu məbləğə imkanı çatmadığını deyib və 6 min manata razılaşıblar. Mahir Turaldan 6 min manat alsa da, Ceyhunun həbsdən azad olunmasına kömək etməyib, aldığı pulu mənimsəyib. Turalın şikayətindən sonra Mahir yenidən saxlanılıb və barəsində cinayət işi başlanılmaqla həbs qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilib, tərəflər arasında barışıq əldə edilib. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












