Pensiya, iş, əsgərlikdən möhlət vədi: Qadından 82 min manatlıq dələduzluq - VİDEO

Bir neçə nəfəri pensiya düzəltdirmək, işə yerləşdirmək və hərbi xidmətdən saxlatdırmaq vədləri ilə aldadaraq pul alan qadına hökm oxunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1973-cü il təvəllüdlü, Gürcüstanın Qardabani rayonunda anadan olmuş Çimnaz Feyzullayeva qabaqcadan əlbir olduğu şəxslə birlikdə dələduzluqda təqsirli bilinib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Ç.Feyzullayeva bir qadının anasına əlillik pensiyası düzəldəcəyini vəd edərək ondan 6 min manat alıb. Daha iki nəfərin həyat yoldaşlarını xəstəxanada tibb bacısı kimi işə düzəltmək adı ilə hərəsindən 2 500 manat alıb. O, zərərçəkmişləri bu işləri həll edə biləcəyinə inandırmaq üçün özünü TƏBİB-in vəzifəli əməkdaşı kimi təqdim edib.
Digər bir şəxsdən isə göz xəstəliyinə görə pensiya düzəldəcəyini vəd edərək 5 min manat alıb.
Qadının ən böyük dələduzluq epizodu isə tanışlarından biri ilə bağlı olub. O, həmin şəxsin dostunu hərbi xidmətdən saxlatdırmaq, Şəmkir rayonunda tikinti işləri aparmaq üçün icazə almaq, eləcə də bacısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə düzəltmək vəd ilə ümumilikdə 66 min manat pul alıb.
Beləliklə, məhkəmənin araşdırdığı epizodlar üzrə zərərçəkmişlərə vurulan ziyanın ümumi məbləği 82 min manata çatıb.
İttihama görə, Çimnaz Feyzullayeva aldığı pulları Tural adlı tanışına verdiyini deyib. O, həmin şəxsin vədlərinə əməl etmədiyini və pulları qaytarmadığını söyləyib. Qadın ittiham üzrə özünü qismən təqsirli bilib.
Məhkəmə prosesində zərərçəkmişlərdən dördü onunla barışdığını, dəymiş ziyanın ödənildiyini, şikayət və tələblərinin olmadığını bildirib. Digər zərərçəkmişə dəymiş ziyanın bir hissəsinin ödənildiyi, qalan məbləğin isə altı ay ərzində qaytarılacağına dair öhdəlik verildiyi qeyd olunub.
Məhkəmə Çimnaz Feyzullayevaya Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. İstintaq dövründə 3 ay 8 gün həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınaraq, onun üzərində qəti olaraq 2 il 5 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
O, saat 23:00-dan səhər 06:00-dək yaşayış yerini tərk edə bilməz. Həmçinin elektron nəzarət vasitəsi gəzdirməli, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməməli, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməməlidir.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












