Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib - VİDEO

Texnologiya müəllimi Pərvanə Abbasovanın qətlinin bəzi detalları məlum olub.
Avtosfer.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın həmkarlarının sözlərinə görə, o, illərdir həyat yoldaşı Vasif Abbasov tərəfindən zorakılığa məruz qalırmış:
Hövsanda müəllimənin əri tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb - FOTO
“İllərdir baş verən təzyiq, təhqir və təhdidlərin bu yerə gələcəyini bildiyi üçün Yoldaşı ilə yollarını ayırmağa çalışıb. Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib”.
Hətta bildirirlər ki, gənc qadın dəfələrlə uşaqları ilə təhdid olunub. Əri tərəfindən evə məhkum edilən 36 yaşlı qadın ayrılmaq qərarını yoldaşına bildirdikdə isə V.Abbasov onu qətlə yetirib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Vasif Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.
Ətraflı “Baku Tv”nin videomaterialında:
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












