Pilot selfi çəkdirdi, təyyarələrə 600 min dollar ziyan dəydi

Cənubi Koreya ordusunda 2021-ci ildə baş vermiş qəzanın üzərindən sirr pərdəsi götürülüb.
Avtosfer.az xəbər verir ki, bu məsələ indiyədən ictimaiyyətdən gizlədilib. Məqsəd silahlı qüvvələrin reputasiyasını qorumaq olub.
Koreya mediasının məlumatına görə hadisə belə baş verib: mayor rütbəli F-16 pilotu son uçuşu zamanı selfi çəkmək üçün qabaqcadan nəzərdə tutulmayan manevr edir və bu zaman yanaşı uçan təyyarəyə toxunur.
Onun daha yaxşı rakurs tutmaq həvəsi hər 2 maşının zədələnməsi ilə nəticələnir. Təyyarələr aerodroma qəzasız eniş edir və təhqiqat başlayır.
Məlum olur ki, təyyarələrə 1 milyon dollarlıq ziyan dəyib. Pilotdan zərərin ödənilməsi tələb edildikdə isə o, audit aparılmasını istəyib. Lakin audit xərci də baha olduğu üçün pilot bundan imtina edib.
Məhkəmə pilotun uzun müddət nümunəvi xidmət etdiyini nəzərə alaraq zərərin 10 faizini ödəməsi ilə bağlı qərar çıxarıb.
Həmin dövrdə koreyalı pilotlar arasında selfi çəkdirmək geniş yayılmışdı və bunu komandanlığın icazəsi ilə edirdilər.
Təcrübəli mayor hadisədən sonra ordudan tərxis olunur və hazırda fəaliyyətini mülki pilot kimi davam etdirir.
Vüqar Yaşaroğlu
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












