Pirşağı çimərliyində FACİƏ: Qadın dənizdə batdı - FOTO

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş.
Avtosfer.az xəbər verir ki, dənizdə batan şəxs Zabrat qəsəbə sakini, 1984-cü il təvəllüdlü Raisə Şükür qızı Abbasovadır.
O, Kəlbəcər rayon 84 saylı tam orta məktəbdə tarix müəllimi kimi işləyib. Həmkarları bildirirlər ki, R.Abbasova pedaqoji fəaliyyəti dövründə yüksək nailiyyətləri ilə seçilib və onun şagirdləri ali məktəblərə qəbul imtahanlarında yüksək ballar toplayıblar.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

***29 iyun, 13:18
Abşeronda daha bir nəfər dənizdə batıb.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb.
Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












