Pivə butulkası ilə 33 yaşlı kişini xəstəxanalıq etdi - Ağsudakı cinayətin TƏFƏRRÜATI

Ağsu rayonunda 33 yaşlı kişiyə şüşə qırığı ilə xəsarət yetirilməsi hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun PMK adlanan yaşayış massivində, cinayətdə təqsirləndirilən Murad Muradovun evində baş verib.
Hər iki şəxs eyni məhəllədə qonşu yaşayırmış. Ağamir Ağagül oğlu Əkbərli qonşulardan eşidib ki, guya Murad Muradov onun arxasınca söyüş söyüb. O, bununla bağlı Murada telefonla zəng etsə də, Murad telefona cavab verməyib. Bundan əsəbiləşən Ağamir gecə saatlarında Muradın yaşadığı evə gəlib və onunla söhbət etməyə başlayıb. Söhbət zamanı Ağamir Muradı söyüb. Bundan sonra Murad evdəki pivə butulkasını sındıraraq, şüşənin qırığı ilə Ağamirə qarın nahiyəsindən ağır xəsarət yetirib. Ağamir qonşuların köməyi ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlə hadisəni törətməkdə şübhəli bilinən M.Muradov saxlanılıb.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












