Piyada qatar yoluna çıxdı, paytaxtda hərəkət dayandı

Biz demək olar hər həftə Azərbaycanda piyadaların qatar yoluna çıxması xəbərini eşidirik. Nəticədə dəmir yollarında maşinistlərdən asılı olmayan səbəbdən ləngimələr və qəza riski yaranır. Sən demə, problem başqa ölkələrdə də varmış.
Avtosfer.az xəbər verir ki, Fransanın Val-de Marn kommunasında (Paris yaxınlığında) relslərin üzərinə çıxan piyadanı qatar vurub. Nəticədə təxminən 6 saat ərzində parisdaxili və parisətrafı qatarların (RER) hərəkəti tamamilə dayanıb.
Hadisə yüksək sürətli qatar reyslərinə də təsir edib. Parisdən hərəkət edən yüksək sürətli qatarların (TGV) da hərəkəti bir neçə saatlıq dayandırılıb. Nəticədə, istər Fransa şəhərlərinə, istərsə də Almaniya və Belçikaya gedən sərnişinlər mənzil başına ciddi gecikmə ilə çatıblar. Bu da bir daha piyadaların dəmir yolu üçün nə qədər böyük təhlükə yaratdığını göstərir.
Vüqar
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












