Polis öz avtomobilini oğurlayan kişini saxlayıb

Almaniyanın Manhaym şəhərinin sakini daha əvvəl Rumıniyaya səfəri zamanı qaçırılmış şəxsi avtomobilini özü oğurlayıbmış. Polis həmin şəxsi saxlayıb, lakin onun cinayət törədib-törətmədiyinə dair hələ qərar verməyib.
Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə DPA agentliyi məlumat yayıb.
27 yaşlı sakinin “BMW” markalı avtomobili oğurlananda bu barədə Rumıniya polisinə məlumat verib. Bir neçə həftə sonra maşın Dortmund sakini tərəfindən satın alınıb və geolokasiya məlumatları sayəsində ilk sahibi avtomobilin yerini müəyyən edib.
O, bu barədə polisə məlumat verməyərək, Dortmund şəhərinə gedib və avtomobili öz açarı ilə açaraq, yenidən Manhayma qayıdıb.
Avtomobilin yeni sahibi polisə müraciət edib və polis də nəqliyyat vasitəsinin yerini müəyyən etmək üçün geolokasiyadan istifadə edərək onu qaçıranı saxlayıb.
Yeni sahib həmçinin polisə avtomobili 2017-ci ildə Böyük Britaniyada aldığını təsdiq edən sənədləri təqdim edib. "Hazırda hər şey iki zərərçəkmiş şəxsin olduğuna dəlalət edir", - deyə Dortmund polisinin sözçüsü agentliyə bildirib.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












