Polşada avtosalonda güclü yanğın: Maşınlar partladı

Polşanın paytaxtı Varşavada iyulun 23-ü səhər saatlarında avtomobil salonu və təmir emalatxanasında güclü yanğın baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə RMF 24 məlumat yayıb.
Hadisə ilə bağlı məlumat yerli vaxtla saat 05:09-da (Bakı vaxtı ilə 07:09-da) daxil olub. Əraziyə cəlb edilən xilasetmə qrupları müəyyənləşdiriblər ki, yanğın təqribən 80x40 metr ölçüdə olan və bir-biri ilə birləşən avtosalon və emalatxana kompleksini tam əhatə edib.
Yanğın nəticəsində ümumi sahəsi təxminən 3.5 min kvadratmetr olan tikililər məhv olub. Saat 07:00-a (Bakı vaxtı ilə 09:00 - red.) qədər açıq alovun qarşısını almaq mümkün olub, bundan sonra yanğınsöndürənlər təkrar alovlanmanın qarşısını almaq üçün soyutma işlərini davam etdiriblər.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın zamanı bir neçə maşın partlayıb. Qeyd olunub ki, obyektlərin daxilində olan bütün nəqliyyat vasitələri, eləcə də ətrafda dayanacaqda olan daha 10 avtomobil tamamilə yanıb.
Polis hadisə yerinin mühafizəsini təmin edib. Yanğının dəqiq səbəbləri xilasedicilərin əməliyyatları tam yekunlaşdıqdan sonra məlum olacaq.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












