Qadın qumara görə 14 dəfə evlənib

ABŞ-ın Las-Veqas şəhərində yaşayan qadının qumar asılılığını maliyyələşdirmək məqsədilə müxtəlif kişilərlə dəfələrlə evləndiyi iddia olunur. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb. Polisin məlumatına görə, 33 yaşlı Tsyayin Çen yeni tanış olduğu şəxslərlə nikaha daxil olur, daha sonra isə Çində yaşayan xəstə qohumuna kömək etmək bəhanəsi ilə onlardan külli miqdarda pul istəyirmiş. Pulu aldıqdan sonra isə həmin şəxslərlə əlaqəni kəsirmiş. İstintaqın versiyasına əsasən, Tsyayin Çen 2019-cu ilin martından 2024-cü ilin mayınadək Klark dairəsində müxtəlif adlardan istifadə etməklə bir neçə nikah rəsmiləşdirib. Eyni zamanda onun əldə etdiyi vəsaiti qumar oyunlarına xərclədiyi bildirilir. Məlumata görə, qadın təkcə son bir il ərzində kazinolarda 300 min ABŞ dollarından çox pul uduzub. Tsyayin Çen saxta nikahlarla bağlı dələduzluq işi üzrə təqsirini etiraf edib. İş üzrə növbəti məhkəmə iclasının avqustun 20-nə təyin olunduğu bildirilir.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












