Qadın sürücünü şillələyən və üzünə tüpürən "parkovşik" həbs edildi

Bakıda qadın sürücüyə sillə vurub üzünə tüpürən dayanacaq nəzarətçisi həbs olunub.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadla yaydığı məlumata görə, insident paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
1984-cü ildə anadan olmuş C.V. ilə qadın sürücü S.D. arasında qarşıdurma yaranıb. Münaqişəyə səbəb C.V.-nin ərazidəki dayanma və durmanı qadağan edən yol nişanını çıxararaq, orada parklanma yerləri təşkil etməsi olub.
Xanım sürücü bu qanunsuzluğa öz etirazını bildirib. Sözügedən yerdə qeyri-qanuni şəkildə avtomobil parklanmasına nəzarət edən C.V. isə cavab olaraq əvvəlcə qadına təpiklə zərbə endirib, ardınca üzünə iki sillə vurub və tüpürdükdən sonra hadisə yerindən uzaqlaşıb.
Qadının şikayəti əsasında saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 157-ci (fiziki ağrı vermə) və 454-1-ci (səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili) maddələrinə əsasən protokol hazırlanıb. Məhkəmə iclasında C.V. ittihamları qəbul etməyib, zərərçəkmiş tərəf isə qanunun tələbinə uyğun hökm çıxarılmasını xahiş edib.
Məhkəmənin qərarına əsasən, C.V. 20 sutka müddətinə inzibati həbs cəzasına məhkum olunub.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












