Qadınları fahişəliyə cəlb edən şəxsə hökm oxundu

Fahişəliyə cəlbetmədə təqsirləndirilən Ceyla Səmədovanın (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 3 500 manat miqdarında cərimə cəzası təyin edilib.
İttihama görə, Ceyla Səmədova müxtəlif vaxtlarda qazanc məqsədi ilə bir neçə qadını pul müqabilində kişilərlə cinsi əlaqəyə cəlb edib.
Belə ki, o, 2020-ci ilin yanvar ayının əvvəllərində paytaxtın Yasamal rayonu ərazisində zərərçəkmiş S.S. ilə danışaraq onu tanışı olan kişi müştərilərlə görüşdürüb.
İstintaqa görə, həmin dövrdən başlayaraq 2023-cü ilin dekabr ayınadək olan müddət ərzində S.S. təxminən 15-17 dəfə müxtəlif kişilərlə Bakı şəhəri ərazisində yerləşən otellərdə görüşdürülərək fahişəliyə cəlb olunub.
Bundan başqa, Ceyla 2022-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayan digər bir qadınla - zərərçəkmiş D.D. ilə də eyni qaydada razılıq əldə edib.
Müəyyən edilib ki, 2022-ci ilin iyul ayının sonlarından 2023-cü ilin iyul ayının əvvəllərinədək olan müddətdə D.D. təxminən 10 dəfə fahişəliyə cəlb olunub.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayının sonlarında digər bir qadın - zərərçəkmiş T.T. (adı, soyadı şərtidir) ilə də eyni məqsədlə əlaqə saxlayıb. O, həmin şəxsin pul müqabilində görüşməsini təşkil edib və özü üçün 200 manat "qazanıb". Bu epizod üzrə T.T.-ni bir dəfə müştəri ilə görüşdürüb.
Bundan əlavə, Ceyla 2023-cü ilin may ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayan zərərçəkmiş F.F. (adı, soyadı şərtidri) ilə də danışaraq, onu 2024-cü ilin avqust ayınadək olan müddətdə 8-10 dəfə müxtəlif kişi müştərilərlə görüşdürərək fahişəliyə cəlb edib.
Toplanmış sübutlarla təqsirləndirilən şəxsin bu əməlləri təkrarən və tamah niyyəti ilə törətdiyi, hər bir epizod üzrə maddi gəlir əldə etdiyi müəyyən edilib.
Qeyd olunan faktlara görə, Ceyla Səmədovanın əməli Cinayət Məcəlləsinin 243.1-ci maddəsi üzrə fahişəliyə cəlbetmə kimi tövsif olunub.
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu
Daha bir tiktoker cəzalandırıldı: Psixiatriya xəstəxanasına yerləşdirildi
Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş - FOTO - YENİLƏNİB
Qəbələdə avtomobil yanaraq külə döndü - VİDEO
Şəhid anası oğlunun ildönümündə vəfat etdi - FOTO
Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü
Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi
Polis sərxoş azərbaycanlı sürücünü deportasiya etmək istədi, məhkəmə MANE OLDU
Masallıda açıq ərazidə yanğın başlayıb - VİDEO










