Qandallanan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) bir ay əvvəl vəzifəyə təyin edilən Kamran Əliyev işdən çıxarılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, o, icra hakimiyyətində həyata keçirilən struktur dəyişikliyi nəticəsində vəzifəsini itirib.
Belə ki, RİH-də Rayon təsərrüfatı şöbəsi ləğv edildiyindən həmin şöbənin Baş məsləhətçisi (mühəndis) Kamran Əliyev vəzifəsindən azad olunub.
O, Lökbatan qəsəbə nümayəndəliyinə məsləhətçi-mühəndis vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, K.Əliyev ötən ilin dekabrında ovaxtkı icra başçısı Süleman Mikayılovun əmri ilə Rayon təsərrüfatı şöbəsinin Baş məsləhətçi-mühəndis vəzifəsinə təyin olunmuşdu. O, həmçinin şöbədə çalışan yeganə əməkdaş olduğundan müdir vəzifəsini icra edirdi.
K.Əliyev ötən ilin noyabr ayında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən icra hakimiyyətində keçirilən yoxlamalar zamanı həbs edilmiş Qafar Abdullayevi əvəzləmişdi.
Xatırladaq ki, ötən həftə dövlət başçısının müvafiq sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bir gün sonra isə icra hakimiyyətinin Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib.
Müvafiq olaraq, həmin şöbələrin müdirləri - Kamran Abdullayev, Munis Bayramov və Şikar Həsənalıyev işlərini itiriblər.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












