Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR

"Avto Kredit" adlı təşkilat müxtəlif avtomobilləri girov saxlamaqla yüksək faizlə vətəndaşlara qanunsuz kredit verir
Azərbaycanda son illər avtomobil krediti, yaxud lizinq, girovu ilə pul verilməsi artıb. Sosial şəbəkələrdə reklam olunan müxtəlif təşkilatlar avtomobili girov saxlamaqla vətəndaşlarla yüksək faizlə pul verirlər. Qanunla qadağan olunmasına baxmayaraq sosial şəbəkələrdə bir çoxları açıq-aşkar bu fəaliyyətlərini reklam etməklə məşğuldurlar.
Avtosfer.az verir ki, sosial şəbəkələrdə qanunusuz lizinq fəaliyyəti ilə məşğulolanlar təşkilatlardan iri "Avto Kredit" adlı qurumdur. Məlumata görə, "Avto Kredit" adlı təşkilatın icazə lisenziyasının olmamasına baxmayaraq, bu qurum vətəndaşların avtomobillərini girov saxlayaraq yüksək faizlə kreditə pul verir./azfakt.com
Son illər hüquq mühavizə orqanları qanunsuz lizinq fəaliyyəti ilə məşğul olan qurumlara, şəxslərə qarşı mübarizəni gücləndirib. Bir müddət öncə qanunsuz lizinq fəaliyyəti ilə məşğul olan "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu həbs edilmişdi. Vüsal Abbasova Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq, xüsusi külli miqdarda) və 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılaraq,haqqında məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Ancaq bir müddət sonra məhkəmə Vüsal Abbasovun həbsini ev dustaqlığı ilə əvəzləyib.
İnanınırıq ki, hüquq-mühafizə orqanları "Avto Kredit" təşkilatının qanunsuz fəaliyyəti ilə ciddi maraqlanaraq, vətəndaşlara yüksək faizlə kredit verən bu qurumun əməkdaşları barədə müvafiq tədbir görəcək.







Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO













