"Qarabağ"ın futbolçusu ilə Rəvan Həmzəzadə arasında dava - VİDEO

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç “Sabah”la oyundan sonra paltardəyişmə otağına gedən tuneldə hakimə hücum çəkib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə görüntülər “CBC Sport” kanalında yayımlanıb.
Belə ki, monteneqrolu futbolçu Azərbaycan kubokunun yarımfinalında “Sabah”a 1:2 hesabı ilə uduzduqları matçda hakim idarəçiliyindən narazı qalıb. O, qarşılaşmanın 90+6-cı dəqiqəsində referi Rəvan Həmzəzadənin penalti təyin etməməsinə əsəbiləşib.
Matç bitən kimi hakimlərə meydançada hücum çəkən oyunçu qırmızı vərəqə alıb və daha sonra təhlükəsizlik qüvvələri tərəfindən oradan uzaqlaşdırılıb.
Amma Markonun hirsi bununla soyumayıb. O, paltardəyişmə otağına gedən tuneldə hakimlərə yenə hücum çəkib və onlara yumruq vurmaq istəyib. Sonrasında monteneqrolu oyunçunu baş məşqçi Qurban Qurbanov sakitləşdirə bilib.
Daha sonra polislər onu hakimlər otağının önündən uzaqlaşdırıb.
Qeyd edək ki, həmin gün Toral Bayramov, Coni Montiel və Musa Qurbanlı da stadionda Yankoviçlə bərabər hakimə hücum çəkmişdilər.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












