Qayınana gəlinini silahla öldürdü – Dəhşətli hadisə - FOTO

İstanbulun Şişli rayonunda baş verən dəhşətli qətl hadisəsi cəmiyyətdə ciddi rezonans doğurub.
Avtosfer.az xəbər verir ki, 58 yaşlı Menekşe K. dini nikahda olan gəlini, 25 yaşlı Burçin Şahini başından güllələyərək qətlə yetirib.
Hadisə dünən günorta saatlarında Əskişəhər məhəlləsində qeydə alınıb. Məlumata görə, “oğurluq” ittihamı ilə həbsdə olan Haydarcan K.-nın həyat yoldaşı Burçin Şahin qayınanası ilə eyni evdə yaşayırmış. Evdə naməlum səbəbdən başlayan mübahisə zamanı Menekşe K. sənədsiz silahla gəlininin başına iki dəfə atəş açıb.
Hadisə yerinə çağırılan polis və təcili yardım əməkdaşları Burçin Şahinin həyatını itirdiyini müəyyən ediblər. Araşdırma zamanı evin içərisində və çölündə ümumilikdə altı boş giliz aşkar olunub. Mərhumun iki uşaq anası olduğu bildirilib.
İddialara görə, hadisədən sonra şübhəli pəncərəyə yaxınlaşaraq “Gəlinimi öldürdüm, şərəfimi təmizlədim” deyib və bir müddət siqaret çəkib. Polis tərəfindən saxlanılan Menekşe K. ilkin ifadəsində hadisəni “şərəf məsələsi” kimi qiymətləndirib.
Şübhəli ifadəsində bildirib ki, oğlunun uzun müddətdir həbsdə olması fonunda gəlininin ona xəyanət etdiyindən şübhələnib. Hadisə günü telefonda gördüyü mesajlardan sonra aralarında mübahisə yaranıb. Onun sözlərinə görə, gəlininin cavabından sonra əsəbiləşərək evdə olan silahı götürüb atəş açıb.
Faktla bağlı istintaq davam edir. Həmçinin məlum olub ki, Menekşe K. daha əvvəl “narkotik vasitələrin qanunsuz dövriyyəsi” ittihamı ilə 6 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb./musavat



Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












