Qayınata gəlinini narahat edən şəxsi "BMW" ilə əzib öldürdü - YENİLƏNİB

Bakının Qaradağ rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, Qobustan qəsəbəsində 1983-cü il təvəllüdlü A.Şahmuradovu idarə etdiyi avtomobillə vuraraq öldürməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü A.Nağıyevin qardaşı Vasif "Teleqraf"a bildirib ki, qardaşı A.Şahverdiyevə qəsəbəni tərk etməyi tapşırıb.
Lakin o qəsəbəni tərk etməyib. Onun sözlərinə görə, A.Nağıyev həyat yoldaşına qeyri-etik mesaj yazan A.Şahverdiyevi məhz buna görə öldürüb.
***09:39
Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi "BMW" markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu qəsdən vurub. Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib.
Nəticədə Azər Şahmuradov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Asif Nağıyev müəyyən edilərək saxlanılıb.
Qəsəbə sakinlərinin bildirdiyinə görə, hadisəyə Azər Şahmuradovun Asif Nağıyevin oğlunun həyat yoldaşını narahat etməsinin səbəb olduğu iddia edilir. Rəsmi qurumlar bu məlumatı hələlik təsdiqləməyib.
Faktla bağlı araşdırma aparılır./teleqraf
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












