Qayınatası gəlini buna görə öldürüb

Ötən gün Sabunçu rayonu Ramana qəsəbəsində qayınata Adıgözəl Məmmədov gəlini Gülüzar Məmmədovanı qətlə yetirib.
Avtosfer.az-ın məlumatına görə, qətlin təfərrüatı barədə Modern.az-a qonşular danışıb. Bildirilib ki, qayınatanın gəlinini öldürmə səbəbi müavinət kartını mənimsəmək istəyi olub.
Qonşuların sözlərinə görə, bundan əvvəl də tərəflər arasında ev üstündə mübahisələr yaşanıb. Adıgözəl Məmmədov gəlinini birgə yaşadıqları evdən çıxararaq nəvələri ilə birlikdə orada yaşamağa başlayıb: “Gəlinindən müavinət kartını almaq üçün iyunun 1-i - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bəhanə edərək evə çağırıblar. Uşaqlarla görüşüb evinə qayıdarkən qayınatası onun arxasınca gələrək liftdə bıçaqlayıb”.
Qonşular bildiriblər ki, səs-küy yarandıqdan sonra çölə çıxıblar: “Burada liftlər gec bağlanır. Elə həmin vaxt bıçaqlayıb. Səs-küyə çıxıb gördük”.
Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən A.Məmmədovun 60 yaşı var, öldürdüyü gəlini G.Məmmədovanın isə 31 yaşı olub. Mərhumun iki övladı var.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












