Qayınatasının 12 minini oğurlayan gəlinə hökm oxundu

Qaynatasının evindəki sandığın qıfılını üzərində "Zinger Germany” yazısı olan qayçı ilə sındıraraq 12 min manat oğurlayan gəlin barəsində məhkəmə hökmü çıxarılıb.
Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, 2006-cı il təvəllüdlü İ.Məmmədovanın Cinayət Məcəlləsinin 177.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən), 177.2.3 (yaşayış sahəsinə qanunsuz daxil olmaqla) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla) maddələri ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxılıb.
İstintaqla müəyyən olunub ki, İ.Məmmədova həyat yoldaşı S.M. ilə evləndikdən təxminən bir həftə sonra qaynatasına məxsus sandığın kilidini qayçı ilə açaraq içəridən 12 min manat götürərək mənimsəyib.
Təqsirləndirilən şəxs ifadəsində əqli qüsurlu həyat yoldaşı ilə 4 ay evli olduğunu və həmin müddətdə qaynatasının sandığından ümumilikdə 5600 manat oğurladığını etiraf edib. Həmin pulu isə E.H. adlı sevdiyi şəxsə verdiyini bildirib.
Qaynatası isə zərər məbləğinin 12 min manat olduğunu və bu vəsaitin İ.Məmmədova tərəfindən oğurlandığını deyib.
Məhkəmənin qərarına əsasən, İ.Məmmədovaya 2 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası verilib. Bu müddət ərzində o, elektron qolbaqla nəzarətdə saxlanılacaq.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












