Qazaxda yanğın baş verdi - VİDEO

Hadisə 24 Sentyabr 2026 16:06
Qazaxda yanğın baş verdi - VİDEO
WhatsApp kanalımıza abunə olun

Qazax rayonunda açıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Yuxarı Salahlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 4 ha ərazidə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

YouTubehttps://www.youtube.com/watch?v=8MzC4NVA2lI

 

 

Oxunub : 118
ŞƏRH YAZ
Ad

E-mail

Şərh