Qazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib.
Avtosfer.az Zakon.kz-yə istinadən xəbər verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsində fəal tədbirlər görülür.
"Cari ilin oktyabr ayında dövlət orqanları ilə birgə keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində 126 hüquqpozucu və 44 kiçik ölçülü gəmi saxlanılıb. 11.5 kiloqram narkotik vasitə, həmçinin brakonyerlikdə istifadə olunan, ümumi uzunluğu 88 kilometr olan balıq ovu torları müsadirə edilib. Torlarda aşkarlanan nərə və digər balıq növlərinə aid 2 337 balıq təbii yaşayış mühitinə buraxılıb", - deyə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətindən bildirilib.
Qurumun məlumatına görə, 4.5 milyon tengedən (təxminən 16 875 manat) çox inzibati cərimə tətbiq edilib.
"Dövlətə dəyməsi mümkün olan 840 milyon tengedən (təxminən 3.16 milyon manat) çox ziyanın qarşısı alınıb", - deyə məlumatda qeyd olunub.
Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Qazaxıstan vətəndaşlarını dənizdə müəyyən edilmiş rejimlərə riayət etməyə çağırıb.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












